Evləri sökülənlərin eşidilməyən səsləri


Bu ərazi Qanlı göl adlanır

Bura vaxtilə Elmlər Akademiyasının torpaqları olub və məcburi köçkünlər də 1996-ci ildən burada məskunlaşmağa başlayıblar. Ötən əsrin sonlarından etibarən ərazidə 100-dən çox evin sökülməsilə bağlı qərar verilib. Sonradan Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məsələni nəzarətə götürüb, məcuri köçkünlərlə söhbət aparılandan sonra onların orada yaşamasına icazə verilib. Bir şərtlə ki, heç bir əlavə tikinti olmasın. Amma yerli icra nümayəndələrinin apardıqları araşdırmadan sonra müəyyən edilib ki, orada yenə də əlavə evlər tikilir. Mediada yayılan xəbərlərdən məlum olur ki, məcburi köçkünlərlə yanaşı müxtəlif rayonlardan olan şəxslər də gölün ətrafında ev tikərək, məskunlaşıblar.

Bu il, sentyabrın əvvəlində Yasamal rayon İcra Hakimiyyətinin nəzarəti ilə bu ərazidə söküntü işlərinə başlanıb. Sakinlər isə bundan narazıdır. Onlar söküntünün heç bir xəbərdarlıq edilmədən aparıldığını və qanunsuz olduğunu bildirirlər. Ərazidə məskunlaşanların əsas arqumenti budur ki, burada icazəsiz heç vaxt nəsə tikmək olmaz: “Ev tikilibsə, demək ki, kimlərsə icazə verib və haqqı da ödənilib”.

Onların sözlərinə görə, sökülən evlərin və hasarların əksəriyyəti evdə olmadıqları zaman baş verib.

Ana səhifəVideoEvləri sökülənlərin eşidilməyən səsləri