Sovetskidə yaşayan Əhməd Əhmədovun da evi sökülənlər siyahısındadır.
O deyir ki, evinin arxasını qanunsuz olaraq qazıblar. Nəticədə yanvarın 13-də evlərində qaz sızmasından partlayış baş verib.
Əhməd Əhmədovun sözlərinə görə, partlayışdan sonra məlum olub ki, yerin 2m 20 sm dərinliyində qaz sızır.
Əhməd Əhməov yanğının təsadüfi baş vermədiyini bildirir. Onun sözlərinə görə, anasına məxsus 100kv-lıq evi söküb, kompensasiyanı da başqa bir adama ödəyiblər.
Yasamal rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, şikayətçi dəfələrlə Köçürmə Komissiyasında olub. Ona tövsiyə olunub ki, mənzilin mülkiyyət sənədləri ilə bağlı, həmçinin həmin ünvanda yaşamış və köçürülmüş digər sakinlərlə aralarında yaranmış mübahisəli vəziyyətlə əlaqədar məhkəməyə müraciət etsin. Qurumdan onu da bildiriblər ki, Əhməd Əhmədovun mənzilindəki qaz cihazı istismara yararsız olduğundan partlayış baş verib. Başqa səbəb yoxdur.
__
Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin “Xalqın Xəbəri” vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.
Whatsapp nömrəmiz: +49 176 16263646