Abşeron rayonunun Masazır qəsəbəsi, Akademik Həsən Əliyev küçəsində yaşayan sakinlər onlara saxta sənəd verildiyini, aldadıldiqlarını və aldıqları torpağın eyni anda bir neçə nəfərə satdıldığını deyirlər.
Pullarını verib sənədli torpaq alsalar da, İcra hakimiyyəti o sənədlərin saxta olduğunu və evlərin söküləcəyini deyir. “Biz bu torpağı 2005-ci ildə Akif Qəmbərovdan almışıq. Pulu ödəyib sənədləri aldıqdan sonra icra hakimiyyəti bizim tikdiyimizi sökmüşdülər. Səbəb isə sənədlərin qaydasında olmaması idi.
Sənədlərin qaydasında olması üçün o bizdən 2 min manat istəyib. İstədiyi pulu vermişik. Guya hər şeyin yolundə olduğunu desə də, yenə sənədlər saxtadır”.
Bu sözləri sakin İsa İmamverdiyev deyir. Həmin ərazidə torpaq sahəsi alan Qaryağdı Ataşov və Qələndər İmanov da aldadıldıqlarında şikayətlənirlər.
Onların sözlərinə görə, ətrafda 60-dan cox ev var və butun torpaq sahələri bir neçə nəfərə satılıb: “Eyni torpaq sahəsini məndən başqa digər bir nəfərə də satib. İndi həmin adam məni məhkəməyə verib. 2003-ci ildən burda yaşayıram, bütün kommunal xərcləri ödəyirəm. Abşeron rayonunun Masazır kənd icra nümayəndəliyində qeydiyyatdayam, amma məhkəmə mənim əleyhimə qərar çıxarır. Səhəri gün məhkəmə qərarı çıxarsa, icraçılar gəlib evi sökəcəklər, qalacağıq çöllərdə”. Meydan TV torpaqlarin satılmasında adı hallanan Akif Qəmbərovla əlaqə saxlayib. O, bu işlərlə əlaqəsi olmadığını, torpaq satmadığını bildirir.
Həmçinin “əgər satmışamsa, sənədi ilə satmışam” -deyir . Akif Qəmbərov torpağın eyni vaxtda bir neçə nəfərə satılma iddiasını da yalanlayir. Abşeron rayon İcra Hakimiyyətindən isə məsələyə münasibət bildirmək istəmədilər
Kanalımıza abunə ol
–
https://goo.gl/TcM9Fm