“Əvəz Zeynallını azad edin”

ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyətini Azərbaycan hökumətini azad və plüralist mediaya hörmət etməyə çağırır

Source:


ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyətini Azərbaycan hökumətini azad və plüralist mediaya hörmət etməyə

çağırır

Aprelin 29-da ABŞ Dövlət Departametninin gündəlik birinfiqi Azərbaycanda mətbuat azadlıqlarının boğulmasına dair bəyanatla başlayıb.

Bu barədə Amerikanın Səsinin yaydığı məlumata əsasən, ilk olaraq Dövlət Departametinin sözçüsü Jen Psaki həbs olunmuş “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məsələsinə diqqət çəkib: “Cənab Zeynallı 2013-cü il, 12 martda rüşvət ittihamları ilə doqquz il həbsə məhkum edilib. Əvəz Zeynallının jurnalist fəaliyyəti hökumət orqanlarında korrupsiyanın ifşa olunmasına, insan haqları və mətbuat azadlığının işıqlandırılmasına yönəlib. Qeyri-hökumət təşkilatları jurnalisti “siyasi məhbus” hesab etdiklərini bildirib”.

“Biz Azərbaycan hökumətini azad və plüralist mediaya hörmət etməyə və Əvəz Zeyanllını azadlığa buraxmağa səsləyirik” deyə Jen Psaki fikrini yekunlaşdırıb.

Son bir neçə gündə ABŞ Dövlət Departametni Azərbaycanda vüsət alan siyasi basqılarla bağlı bir neçə bəyanatla çıxış edib.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı, hazırda həbsdə olan Gülər Əhmədovanın şikayəti əsasında 2011-ci il oktyabrın 28-də həbs edilib.

Ana səhifəXəbərlər“Əvəz Zeynallını azad edin”