Əvəz Həsənov vəfat edib

Foto: Əvəz Həsənovun şəxsai arxivindən

Onun ürəktutmadan vəfat etdiyi bildirilir

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Əvəz Həsənov vəfat edib.

Agentliyin Müşahidə Şurasının üzvü Zaur İbrahimli faktı APA-ya təsdiqləyib.

Onun bu gün ürək tutmasından keçindiyi bildirilir.

Əvəz Həsənov həm də Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri idi. O, daha çox sülhpərvər kimi tanınırdı. Uzun illər idi Azərbaycan və Ermənistan arasında münaqişənin həlli istiqamətində fəaliyyət göstərirdi.

Ana səhifəSosialƏvəz Həsənov vəfat edib