Evelin Forkas: Rus ordusunun Azərbaycana qaytarılması barədə xəbərlər spekulyasiyadır

“Əgər gələcəklə bağlı belə bir plan olacaqsa, bu plan da şəffaf şəkildə Minsk Qrupunun digər iştirakçılarıyla bilikdə nəzərdən keçiriləcək”

Source:


“Əgər gələcəklə bağlı belə bir plan olacaqsa, bu plan da şəffaf şəkildə Minsk Qrupunun digər iştirakçılarıyla bilikdə nəzərdən keçiriləcək”

“O da Rusiya ordusunun Azərbaycana qaytarılması barədə xəbərləri oxuyub: “Amma bunları spekulyasiya hesab edirəm. Ona görə spekulyasiya haqqında hansısa fikir bildirməyi məqsədəuyğun saymıram”.

Bu açıqlamanı ABŞ müdafiə nazirinin köməkçisinin müavini Evelin Forkas Meydan TV-nin “Yəqin postsovet məkanında Azərbaycanın rus ordusunu öz ərazisindən çıxaran birinci ölkə olduğunu bilirsiniz, bu, Elçibəy komandası tərəfindən həyata keçirilib. Son vaxtlar ABŞ da daxil olmaqla Qərb mətbutında Rusiyanın ordusunu yenidən Azərbaycana qaytarmaq haqqında planlar qurduğu barədə yazılar gedir, yəni Dağlıq Qarabağ münaqişəsinin həlli adı altında. Amerika Rusiya ordusunun ərazimizə qayıtmaması üçün Azərbaycana hansı dəstəyi verə bilər?” sualını cavablandırakən verib.

Evelin Forkas daha sonra deyib ki, Rusiya şəffaf olan ATƏT-nin Minsk Qrupunun iştirakçılarından biridir. Bu proses Azərbaycan və Ermənistan hökumətləri ilə birgə həyata keçirilir: “Əgər gələcəklə bağlı belə bir plan olacaqsa, bu plan da şəffaf şəkildə Minsk Qrupunun digər iştirakçılarıyla bilikdə nəzərdən keçiriləcək”.

Ana səhifəXəbərlərEvelin Forkas: Rus ordusunun Azərbaycana qaytarılması barədə xəbərlər spekulyasiyadır