E.Vayne Meri: “ABŞ üçün Azərbaycanın strateji əhəmiyyəti azalır”

“Gün gələcək ki, Azərbaycan ABŞ üçün əhəmiyyətinin hazırda düşündüyündən az olduğunu görə biləcək”

Source:


“Gün gələcək ki, Azərbaycan ABŞ üçün əhəmiyyətinin hazırda düşündüyündən az olduğunu görə biləcək”

“ABŞ üçün Azərbaycanın strateji əhəmiyyəti azalır və rəsmi Bakı Amerika ilə münasibətlərin gücləndirilməsinə xüsusi maraq göstərmir”. Bu fikri Amerika Xarici Siyasət Şurasının Avropa və Avrasiya üzrə aparıcı tədqiqatçısı E.Vayne Meri “Amerikanın səsi”nə müsahibəsində söyləyib.


“Azərbaycanda vətəndaş cəmiyyətinə, ABŞ-ın maliyyələşdirdiyi təsisatlara basqılar, vətəndaş cəmiyyəti fəalları və jurnalistlərin həbsi ilə Azərbaycanın Rusiyaya orientasiya alması arasında bağlılıq görürsünüz?” sualının cavabında Meri deyib: “

Mənim üçün kənardan Bakıda siyasəti müəyyən edənlərin motivlərini səciyyələndirmək çətindir.  Amma o həqiqətdir ki, son aylarda Azərbaycan hökuməti artan dinamika ilə Amerika heysiyyatlarına minimum dəyər verməkdən imtina edir və elə əməllərə əl atır ki, bunlar təkcə ABŞ hökumətini, prezident Obamanı deyil, Konqresdəki mühüm adamları da qıcıqlandırır.

Ola bilsin bu, Bakıdakılara  önəmli görünməsin, çünki onlara daim Azərbaycanın necə mühüm olduğu və s. deyilir.  ABŞ kimi böyük qüdrətlər üçünsə bu cür narazılıqlar üst-üstə toplanır və hansısa məqamda “haqq-hesab çəkmək” vaxtı yetişir.

ABŞ Azərbaycana Əfqanıstana gedən yolda şimal paylaşma şəbəkəsinin tranzit nöqtəsi kimi əhəmiyyət verir.  Amma Amerikanın Əfqanıstandakı rolu azaldıqca, Azərbaycanın da rolu azalır.  ABŞ ilə Rusiya arasında artan gərginliklər fonunda Qara Dəniz, Qafqaz və Xəzər regonunda baş verənlərin əhəmiyyəti də arxa plana keçir.

Zənnimcə, gün gələcək ki, Azərbaycan ABŞ üçün əhəmiyyətinin hazırda düşündüyündən az olduğunu görə biləcək”.


“Qərb Azərbaycan üçün nə dərəcədə mühümdür?”

Bu sualın cavabında ekspert deyib ki, Azərbaycana son illərdə axan pullar iri miqyasda korrupsiya və korroziyaya yol açıb.

Digər tərəfdən, İlham Əliyevdən əlavə siyasi elita getdikcə yalnız içəriyə doğru baxır və ətraf dünya haqda təsəvvürünü itirib.

“Nəhayət, Azərbaycan özünü qlobal miqyasda olduqca mühüm oyunçu hesab edir.  Halbuki, Qərbin və ABŞ-ın prioritetlərində o, bu önəmi daşımır.  ABŞ Azərbaycana izah etməlidir ki, 5-10 il əvvəllə müqayisədə Amerika prioritetlərində Azərbaycanın rolu elə də böyük deyil.  Dəyişən enerji bazarı və Amerikanın Əfqanıstanda azalan hərbi mövcudluğu bu rolu azaldır.  Tendensiya yəqin ki, davam edəcək və Azərbaycanın əhəmiyyəti azalacaq”, – Meri hesab edir.


“Azərbaycana Qərb lazımdırmı?” sualına Meri belə cavab verib:

 “Əgər Azərbaycan neft gücünə işləyən avtoritarizm kursundan çıxmaq istəyirsə, bəli, ona Qərb lazımdır.  Bu səbəbdən Qərb Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycana əl uzatmışdı.  Amma əgər​ Azərbaycanın siyasi liderləri düşünürlər ki, onlar o qədər varlı və müstəqildirlər ki, Qərbin və Amerikanın maraqlarını nəzərə almağa ehtiyacları yoxdur, onda onlar öz yolları ilə gedə bilərlər.  Amma bu, İranla Rusiya arasında ilişib qalmış nisbətən kiçik ölkədir və elə zaman yetişə bilər ki, onun güclü dostlara ehtiyacı ola bilər və onda məlum olacaq ki, belə bir dost yoxdur”.

Ana səhifəXəbərlərE.Vayne Meri: “ABŞ üçün Azərbaycanın strateji əhəmiyyəti azalır”