Əvəz Zeynallının azad olunması ilə bağlı məhkəməyə müraciət edilib

Foto: Meydan TV

Vəsatətə Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə baxılacaq

“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad olunması ilə bağlı məhkəməyə müraciət edilib.

Vəsatət Nizami rayon Məhkəməsində icraata götürülüb.

Vəsatətə hakim Nigar Qədirlinin sədrliyi ilə baxılacaq.

Əvəz Zeynallı 2022-ci il sentyabrın 9-dan həbsdədir. O, külli miqdarda rüşvət alma, dələduzluq, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə kimi əməllərdə ittiham olunur. Lakin jurnalist özünü təqsirli bilmir.

2024-cü il fevralın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, Əvəz Zeynallı 9 il azadlıqdan məhrum edilib. Dekabrın 18-də Ali Məhkəmədə onun kassasiya şikayətinə baxılıb və həbs müddəti 2 ay azaldılıb.

2025-ci il aprelin 14-də Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı “Facebook” profilində Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulduğunu yazıb.

Ana səhifəSiyasətƏvəz Zeynallının azad olunması ilə bağlı məhkəməyə müraciət edilib