Yarışmanın finalı mayın 13-də keçiriləcək
Liverpulda “Eurovision-2023” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.
İlk yarımfinalda səhnəyə Norveç, Malta, Serbiya, Latviya, Portuqaliya, İrlandiya, Xorvatiya, İsveçrə, İsrail, Moldova, İsveç, Çexiya, Niderland, Finlandiya və Azərbaycandan olan təmsilçilər çıxıb.
Azərbaycanı təmsil edən Tural və Turan Bağmanovlar (TuralTuranX) 12-ci nömrə altında səhnəyə çıxıblar.
Onlar müəllifləri olduqları “Tell me more” mahnısını ifa ediblər.
Azərbaycan təmsilçiləri finala keçə bilməyiblər.
Yarışmanın finalı mayın 13-də keçiriləcək.
2022-ci ildə “Eurovision”un qalibi Ukrayna olub.
Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını nəzərə alaraq, ikinci yeri tutan Böyük Britaniya mahnı müsabiqəsinə onun adından ev sahibliyi edir.
Avropa Yayım Birliyi Ukraynada başlatdığı hərbi əməliyyatlara görə Rusiyanın müsabiqədə iştirakını 2022-ci ildən əngəlləyib.