Dunkan Lourens

Mənbə: Foto: Reuters

Başlıq: Dunkan Lourens

''Eurovision-2019''un qalibi Niderland təmsilçisi oldu

Azərbaycan yarışmada 7-si yerdə qərarlaşdı

"Eurovision-2019” mahnı müsabiqəsinın qalibi Niderland təmsilçisi Dunkan Lourens olub. Müsabiqə mayın 18-də başa çatıb.

İtaliya müsabiqənin ikincisi, Rusiya isə üçüncüsü olub.

Azərbaycan təmsilçisi Çingiz Mustafayev 7-ci yerdə qərarlaşıb. Ona əsasən Portuqaliya, Malta, Şimali Makedoniya, San-Marino, Estoniya, Polşa, Norveç, İspaniya, Avstriya, Böyük Britaniya, İtaliya, Albaniya, Macarıstan, Moldova, İrlandiya, Rumıniya, Kipr, Avstraliya, Rusiya, İsveç, Litva, Serbiya, İslandiya, Gürcüstan, Yunanıstan, Latviya, Çexiya, Danimarka, Fransa, Finlandiya, Sloveniya və İsrail ölkələrindən dəstək gəlib.

İsraildə baş tutan müsabiqənin finalında dünyaşöhrətli sənətçi Madonna da iştirak edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/y5d7rb

Ən çox baxılan