“EuroHome” yanğın zamanı

Mənbə: Foto: APA

Başlıq: “EuroHome” yanğın zamanı

“EuroHome” yenə yanır

Mağaza sahibləri mallarını çıxarmağa cəhd göstərirlər

Hazırda Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarı yanır.

APA hadisə yerinə Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyevin gəldiyi barədə məlumat yayıb.

Bildirilib ki, hadisə ilə əlaqədar ərazidə qərargah yaradılıb. Mağaza sahibləri mallarını çıxarmağa cəhd göstərirlər.

“Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub”,-deyə məlumatda qeyd olunub.

Ötən ilin dekabrın 10-da "EuroHome” tikinti materialları bazarında yanğın olmuşdu. Fövqəladə Hallar Nazirliyi yanğın nəticəsində 100-dən çox mağazanın sıradan çıxdığı haqda məlumat yaymışdı.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/jtp3q2

Ən çox baxılan