Ətraf mühiti çirkləndirənlərə 226 min manatlıq cərimə

Qanun pozuntusuna görə 56 akt, 16 protokol tərtib olunub

Source:
Ətraf mühitin çirklənməsi – Foto: sosial şəbəkə
Ətraf mühitin çirklənməsi – Foto: sosial şəbəkə


Qanun pozuntusuna görə 56 akt, 16 protokol tərtib olunub

“Ətraf mühiti çirkləndirən hüquqi və fiziki şəxslərə qarşı  16 iş üzrə 24 min 300, 796 iş üzrə isə 201 min 765 manat məbləğində cərimə tətbiq edilib”, – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı açıqlamada belə deyilir.

Nazirlik bildirir ki, 2016-cı ildə ətraf mühitin mühafizəsi qaydalarının hüquqi və fiziki şəxslər tərəfindən pozulmasıyla bağlı 453 akt və 248 protokol tərtib olunub:

“İstehsalat tullantılarının mühafizəsi üzrə hüquqi və fiziki şəxslərin yol verdiyi qanun pozuntulara görə isə 56 akt və 16 protokol tərtib olunub. Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 27 müddətli “məcburi göstəriş” verilib”, – nazirlik qeyd edir.

Ana səhifəXəbərlərƏtraf mühiti çirkləndirənlərə 226 min manatlıq cərimə