Etirazçılar Salyanda Bakı-Astara qatarının yolunu kəsib

”Bəzi xəstəxanalar təsərrüfat hesabına keçib, qalanları bağlanıb”

Source:


”Bəzi xəstəxanalar təsərrüfat hesabına keçib, qalanları bağlanıb”

Fevralın 6-da Astaradan Bakıya gələn 59 saylı sərnişin qatarının hərəkəti Salyan stansiyasında etirazçı tibb işçiləri tərəfindən məhdudlaşdırılıb. Qatar yarım saat yolda qalıb.

Məlumatı virtualaz.org  yayıb. Xəbərə görə, fevralın 1-dən müvafiq əmrlə bağlanmış Salyan Dəmir Yolu Xəstəxanasının 40 nəfərə yaxın qadınlardan ibarət işçisi qatarın qarşısına çıxaraq onun hərəkətinə mane olublar.

Hadisə yerinə gəlmiş nəqliyyat polisi etirazçı qadınları dəmir yolundan geri çəkdikdən sonra qatar hərəkətinə davam edib. Tibb işçilərinin tələbi 1945-ci ildən fəaliyyət göstərən, 56 nəfərin çalışdığı dəmir yolu xəstəxanasının fəaliyyətinin bərpa olunmasıdır.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Sevinc Qədirova Meydan TV-yə deyib ki, Maliyyə Nazirliyinin 17 noyabr 2016-cı il məktubuna əsasən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin bütün həkim-sanitar xidmətləri təsərrüfat hesabına keçir:

“Bununla bağlı “Azərbaycan Dəmir Yolları”  QSC bəzi xəstəxanaları təsərrüfat hesabına keçirib, qalanlarını isə bağlamaq məcburiyyətində qalıb. Araşdıranda həmin qalanların təsərrüfat hesabına keçidin alınmayacağı məlum oldu. Salyan xəstəxanası da bu mənada bağlanmaq məcburiyyətində qaldı. Bu, artıq bizdən asılı deyil”.

S.Qədirova xəstəxanada 65 ştatın olduğunu bildirib. Onların gələcəkdə işlə təminatına gəlincə, bununla bağlı heç nə deyə bilməyəcəyini söyləyir:

“Bir müddət sonra hansısa yardım etməyə çalışarıq. Hələ say barədə heç nə deyə bilmərəm, amma araşdırıb açıqlama yayacayıq. Bəzi işçilər isə yarımştata keçiriləcək”.

Ana səhifəXəbərlərEtirazçılar Salyanda Bakı-Astara qatarının yolunu kəsib