"Bu köpək oğlu "Lazım" gəlmədi? Bu torpaq lazım olmadı bizə? Mən çürüdüm axı, öldüm burada. Mən məhv olmuşam, içim çürüyüb. Alın də mənim torpağımı, niyə almırsınız? Yataqxanalarda niyə məhv olmayım mən, bəsdirin də daha. Bəsdirin də, alın mənim torpağımı, gedim". 63 yaşlı Zəngilan rayonundan məcburi köçkünün bu sözündən sonra polis "gəl bura" deyib, onun qoluna girib aparır.
8 oktyabrda Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirib. Təşkilatçılar şəhərin mərkəzində onlara mitinqə icazə verilməməyinə etiraz ediblər.