Etiraz aksiyasına uşaqla qatılan ailə valideyn hüququndan məhrum edilə bilər

İddia ərizəsində göstərilir ki, valideynlərin öz qızlarını: üç aylıq Saşanı və üç yaşlı Anyanı məruz qoyduqları təhlükə bir tərəfdən “qəzəbli mitinqçiərin çoxluğundan”, digər tərəfdən, “Rusiya qvardiyasının silahlı əməkdaşlarından” gəlib.

Source: Новая Газета

Moskva prokurorluğu daha bir ailənin etiraz aksiyalarında iştirak etdiyi üçün valideyn hüququndan məhrum olunmasını tələb edib

Sentyabrın 2-də Nikulinsk rayon məhkəməsi moskvalı Pyotr və Yelena Xomskilərin valideyn hüququndan məhrum olunması haqda iddiaya baxacaq. Ailə avqustun 3-də üç qızı ilə Puşkin meydanında olub. Həmin vaxt orada müstəqil namizədlərin Moskva şəhər dumasına seçkilərə buraxılması üçün aksiya keçirilib. Prokurorluq ər-arvadın polis tərəfindən saxlanılmaması üçün uşaqları özləri ilə götürdüyünü təsdiqləyir və iki kiçik qızın ailədən alınmasını tələb edir.

İddia ərizəsində göstərilir ki, valideynlərin öz qızlarını: üç aylıq Saşanı və üç yaşlı Anyanı məruz qoyduqları təhlükə bir tərəfdən “qəzəbli mitinqçiərin çoxluğundan”, digər tərəfdən, “Rusiya qvardiyasının silahlı əməkdaşlarından” gəlib.

İddianın qaldırılmasına səbəb elə həmin gün federal telekanal “REN TV”-nin saytında yerləşdirilmiş video olub. Videoyazıda Xomskilər Puşkin meydanı boyu uşaq arabaları ilə gedirlər. Ailənin böyük qızı – on yaşlı Liza da valideynlərinin yanında addımlayır. Xomskilərin arxasında Rusiya qavradiyası əməkdaşlarının cərgəsi görünür.

Telekanalın saytında ailə cütlüyünün hərəkətlərini “Rusiya qvardiyası əməkdaşlarının uymadığı provokasiya” adlandırıblar.

“Obyektivdir, bu, prokurorun federal kanaldakı videoçarxa əsəbi reaksiyasıdır, – “Etirazın apologiyası” hüquq-müdafiə təşkilatının rəhbəri Aleksey Qluxov söyləyib. – Onlara deyiblər. – “Reaksiya verin!” Və onlar valideyn hüququndan məhrum etmək iddiasından savayı yol tapmayıblar. İddia ərizəsində Xomskilərin “valideyn hüququndan sui-istifadə etdikləri” yazılıb, halbuki onların davranışı hüquqi nöqteyi-nəzərdən heç də sui-istifadə sayılmır”.

Qızların atası “Novaya qazeta”ya deyib ki, o “stajlı ictimai fəaldır”: ilk dəfə mitinqdə hələ 1989-cu ildə iştirak edib. Həmin vaxt etiraz aksiyası Manejnaya meydanına keçirilib. O zaman onun 14 yaşı olub. Bu gün o, Korrupsiya ilə Mübarizə Fondunda könüllüdür və müntəzəm olaraq Aleksey Navalnıya kompaniyalarında yardım edir: bir neçə dəfə “Qazeli”nin sürücüsü işləyib, kütləvi çıxışlar üçün mikrofonlar quraşdırıb. Pyotr Xomskinin əsas işi isə IT sahəsi ilə əlaqəlidir.

O, avqustun 3-nü belə təsvir edir:

“Arvadımla mən uşaqlarla bulvarda gəzməyə getdik, arada uşaq meyançalarında ayaq saxlayıb oynayırdıq. Hansısa an piyada keçidindən istifadə edərək, Puşkin meydanından ötüb Tverskayaya çıxdıq. Biz irəlidə nə baş verdiyini görmürdük. Sadəcə keçiddən çıxarkən Rusiya qvardiyasının əsgərlərindən ibarət zəncirlə rastlaşdıq. Onlar irəli hərəkət edərək adamları meydandan sıxışdırıb çıxarırdılar. Biz tez oranı tərk etdik. Hansısa an kütlə ilə zəncirin arasında qaldıq. Media üçün bu, yaxşı mənzərə idi və bizi həm mobil telefonlar, həm də kameralarla qəfil çəkməyə başladılar. Sonra bu çarxlardan birini İnternetə qoydular. Biz bir dəqiqə belə olsun ayaq saxlamamışdıq və hadisə yerini tez tərk etmişdik. Sonra yenə bulvarla gedib, təkcə uşaq meydançasında ləngimişik”.

Pyotr gəzintilərinin etiraz aksiyasına heç bir dəxli olmadığını söyləyir: belə ki onlar nə şüarla çıxış ediblər, nə də plakat daşıyıblar, üstəlik kütlədən kənarda dayanıblar.

Nikulinsk prokurorluğu Xomski ailəsindən təkcə kiçik qızlarının alınmasını tələb edir. Pyotr əmindir ki, hakimiyyət bu yolla onlara, xüsusilə də arvadına təzyiq göstərir:

“Arvadım Lena şok vəziyyətindədir, o üç aylıq qızımız Saşanı əmizdirir. Mən ona görə çox narahatam”.

Moskvanın uşaq ombudsmeni Yevgeni Bunimoviç Xomskilərin işini öz nəzarətinə götürüb.

“Mənə onları nə ilə ittiham etdiklərini anlamaq lazımdır. Fövqəladə vəziyyətdir… Üstəlik uşaqların ailədə böyüməsi ilə bağlı dövlət siyasətinə ziddir”, – ombudsmen vəziyyəti bu cür qiymətləndirib.

Bundan əvvəl Dmitri və Olqa Prokazovların ailəsi də eyni vəziyyətə düşüb. Xatırladaq ki, avqustun 6-da İstintaq Komitəsi Prokazovlar ailəsini bir yaşlı oğlanları Artemini iyulun 27-də razılaşdırılmamış aksiyaya götürdüyü üçün CM-nin 125-ci maddəsi (təhlükəyə məruz qoyma) və 156-cı maddəsi (həddi-büluğa çatmayanın tərbiyəsi üzrə öhdəliklərin yerinə yetirilməməsi) ilə cinayət işi açıb. Xomskilərin işində olduğu kimi, yeganə dəlil “Rusiya-1” televiziya kanalının “Vesti” proqramında yayımlanan, iyulun 27-də təşkil edilmiş aksiyada çəkilmiş videoçarx olub. Videoda Dmitri Prokazov öz oğlunu Sergey Fominə, arvadının qohumuna və qərargah könüllüsü Lyubov Sobola ötürür. Sergey Fomin bu aksiyadan sonra həbs olunub və hazırda “kütləvi iğtişaşlar” işi üzrə fiqurant sayılır. İstintaqın fikrincə, uşağı Fominə onun XTPD-nin mühasirəsindən maneəsiz çıxması üçün ötürüblər.

Prokazovların işi üzrə iclas avqustun 28-də Moskvanın Petrovsk məhkəməsində keçiriləcək.

Ana səhifəDünyaEtiraz aksiyasına uşaqla qatılan ailə valideyn hüququndan məhrum edilə bilər