Etilen-Polietilen zavodu

Mənbə: google.az

Başlıq: Etilen-Polietilen zavodu

Etilen-Polietilen zavodunda yanğın baş verib

Məqalə yeniləndi:  8 Avqust 2020

Xəsarət alanlar var, bir nəfərin vəziyyəti ağırdır

SOCAR-ın “Azərkimya” İB-nın Sumqayıtda yerləşən Etilen-Polietilen zavodunda avqustun 7-də yanğın baş verib. Bu barədə məlumat yayan Fövqəladə Hallar Nazirliyi hazırda yanğınsöndürmə işlərinin davam etdirildiyini bildirib. Hadisə nəticəsində 7 nəfər xəsarət alıb.

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini​ İbrahim​ Əhmədov APA-ya zavodun 3 gündür təmirə dayandığını və bu səbəbdən yanğının istehsalat prosesi çərçivəsində baş vermədiyini deyib.

O, ilkin ehtimal olaraq hadisənin qaynaq işləri zamanı baş verdiyini bildirib:

“Amma bu, araşdırmalardan sonra dəqiqləşdiriləcək. Qısamüddətli alışma olub. Zavoda hər hansı zərər dəyməyib. Lakin bir neçə əməkdaş xəsarət alıb. Xəsarət alanlar arasında həm SOCAR-ın, həm podradçı “Azfen” şirkətinin əməkdaşları​ var. Xəsarət alanların vəziyyəti orta ağırlıqda dəyərləndirilir. Onlar xəstəxanaya yerləşdirilib”.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva isə xəsarət alan 7 nəfərdən birinə ambulator yardım göstərildiyini və evə buraxldığını söyləyib:

“Digər altı nəfər Bakıya, yanıq mərkəzinə göndərilib. Onlardan birinin vəziyyəti ağırdır”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  8 Avqust 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/jxc260

Ən çox baxılan