Etik qaydaları ən çox pozan icra hakimiyyətləri məlum oldu

Ağstafa, Salyan və Şamaxı rayonları ilk üçlükdədir

Source:
Prezident Administrasiyası


Ağstafa, Salyan və Şamaxı rayonları ilk üçlükdədir

Keçən il ərzində yerli icra hakimiyyəti orqanlarında etik davranış qaydalarının pozulması ilə bağlı dövlət qulluqçularına 83 intizam tənbeh tədbiri tətbiq edilib.

“Report”un məlumatına görə, bu barədə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının illik hesabatında qeyd olunub.

Hesabat dövründə yerli icra hakimiyyəti orqanlarında etik davranış qaydalarının pozulması ilə bağlı dövlət qulluqçularına tətbiq edilmiş 83 intizam tənbeh tədbirinin təhlili zamanı müəyyən olunub ki, Ağstafa Rayon İcra Hakimiyyəti üzrə – 12, Salyan Rayon İcra Hakimiyyəti üzrə – 11, Şamaxı Rayon İcra Hakimiyyəti üzrə – 10, Zərdab Rayon İcra Hakimiyyəti üzrə – 7, Biləsuvar Rayon İcra Hakimiyyəti üzrə – 6, Ucar Rayon İcra Hakimiyyəti üzrə – 6, Daşkəsən Rayon İcra Hakimiyyəti üzrə – 5, Masallı Rayon İcra Hakimiyyəti üzrə – 5, Abşeron Rayon İcra Hakimiyyəti üzrə – 3, Zaqatala Rayon İcra Hakimiyyəti üzrə – 3, Şabran Rayon İcra Hakimiyyəti üzrə – 3, Beyləqan Rayon İcra Hakimiyyəti üzrə – 2, Lənkəran Şəhər İcra Hakimiyyəti üzrə – 2, Qax Rayon İcra Hakimiyyəti üzrə – 1, Füzuli Rayon İcra Hakimiyyəti üzrə – 1, Binəqədi Rayon İcra Hakimiyyəti üzrə – 1, Qazax Rayon İcra Hakimiyyəti üzrə – 1, Yardımlı Rayon İcra Hakimiyyəti üzrə – 1, Qəbələ Rayon İcra Hakimiyyəti üzrə – 1, Ağdaş Rayon İcra Hakimiyyəti üzrə – 1, Qobustan Rayon İcra Hakimiyyəti üzrə – 1 dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilib.

Yerli icra hakimiyyəti orqanlarında tətbiq edilən 83 intizam tənbeh tədbirindən 72-i töhmət, 11-i – dövlət qulluğundan azad edilmə olub.

Ana səhifəXəbərlərEtik qaydaları ən çox pozan icra hakimiyyətləri məlum oldu