Etibar Əliyev “TexnikaBank”a qayıtdı

O, bankın əvvəlki nüfuzunun geri qaytarılacağını qeyd edib

Source:


O, bankın əvvəlki nüfuzunun geri qaytarılacağını qeyd edib

“Qafqazinfo” xəbər verir ki, oktyabrın 27-də bankın keçmiş sahibi artıq geriyə dönüş edib. Belə ki, bankda toplantı keçirilib və Etibar Əliyev “Texnika Bank”ın Müşahidə Şurasının sədri seçilib. Hazırda bankda Milli Bankın nümayəndələrinin iştirakı ilə təhvil-təslim işləri gedir.

“Qafqazinfo”ya açıqlamasında E. Əliyev fakı təsdiq edib.

O, bildirib ki, ilk işi bank kollektivi ilə toplantı keçirib yaranmış problemləri dəyərləndirmək, təhlil etmək və bu problemlərin həlli yollarını tapmaq olacaq. O, bankın əvvəlki nüfuzunun geri qaytarılacağını qeyd edib.

Bundan başqa bankın Mərkəzi ofisi yenidən Atatürk prospektində yerləşən binaya köçürüləcək. Etibar Əliyevin yaxın günlərdə mətbuat konfransı keçirəcəyi də bildirilib.

Bir neçə il əvvəl E. Əliyev MTN tərəfindən həbs edilmişdi. Ardınca isə nazir Eldar Mahmudov bankı qudası Cahangir Hacıyevə vermiş və adı dəyişdirilərək “Bank Technique” adlandırılmışdı. C. Hacıyevin qısamüddətli rəhbərliyi vaxtında isə bank defolt vəziyyətə düşdü.

Ana səhifəXəbərlərEtibar Əliyev “TexnikaBank”a qayıtdı