Bakının Yasamal rayonunda “Ətçilər” adı ilə tanınan ərazidə ticarət və iaşə obyektləri sökülür.
Sahibkarlara heç bir xəbər vermədən fevralın 28-də gecə saatlarında bir neçə obyekt yaşıllaşdırma adıyla boşaldılıb.
Ərazidə 30-dan çox obyekt fəaliyyət göstərir. Əsasən məcburi köçkünlərin istifadəsində olan bu ticarət köşkləri onlarla ailənin qazanc yeridir.