Etap olunan məhkumlar qaçıb (yenilənib)

Qaçanlardan biri adam öldürməkdə ittiham olunub

Source:
Bakı qatar stansiyası
Bakı qatar stansiyası

Məhbusların qaçması faktı ilə bağlı Penitensiar Xidmətin azı üç əməkdaşı istintaqa cəlb edilib.

Məlumatı “Report” yayıb. Bildirilir ki, hadisədən sonra həmin şəxslərdən izahatlar alınıb. Hazırda istintaq tədbirləri davam etdirilir.

Penitensiar Xidmətin yaydığı məlumatda bu barədə qeyd yoxdur.


***


Ədliyyə Nazirliyi Penitensiar Xidmət (PX) məhkumların qaçması haqqında məlumatı təsdiqləyib. Bildirilir ki, f


aktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsi tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.


***


Qaçanlardan biri adam öldürməkdə ittiham olunub

Bakıdan Şirvana etap olunan məhkumlardan ikisi qaçıb. Onlar 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir.

E.Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə. Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunaraq həbs olunublar.

APA yazır ki, məhkumlar Bakıdan qatarla Şirvana aparılırmış. Qatar Biləcəri stansiyasında dayananda onlar qaçmağa nail olublar.

Hazırda qaçan məhkumların axtarışı davam edir.

Ana səhifəXəbərlərEtap olunan məhkumlar qaçıb (yenilənib)