Estoniyanın Baş naziri haqqında aparılan araşdırmaya görə istefa verib

Onlar eyni zamada bu ay Litvadakı seçkilərin nəticələrinin və Rumıniyada hökumət dəyişikliyinin Dərin Dövlət tərəfindən edildiyini iddia ediblər.

Source: https://rus.postimees.ee/


Juri Ratas deyilənləri yalanlayır

Avropa Birliyinin üzvü olan Estoniyanın Baş naziri Jüri Ratas istefa verib. “Reuters”in məlumatına görə, paytaxtdakı bir əmlakın inkişafı ilə bağlı layihə haqqında araşdırma etdikdən sonra bu qərarı verib.

"Baş nazir Jüri Ratas, prezident Kersti Kaljulaidə istefa edəcəyini bildirdi",- deyə hökumət bəyanat yayıb.

Qanunsuzluqla bağlı məlumatları yalanlayan Ratas, cümə axşamı günü keçiriləcək görüşdə öz istefası barədə hökumətə rəsmi bəyanat verəcək. Prezident iki həftə ərzində hökumətin növbəti liderini parlamentə təqdim etməlidir .

BNS xəbər agentliyinin yaydığı məlumata görə, Ratas çərşənbə axşamı Tallində bir əmlak inkişafı layihəsi ilə əlaqəli cinayət işində şübhəli olaraq bilinib.

“Bunu etmək üçün mütləq başqa yollar olsa da, bunlardan yalnız biri doğru görünür",- deyə Ratas müxbirlərə açıqlama verib.

BNS əlavə edib ki, o ittihamları müzakirə etmək üçün çərşənbə axşamı başlayan və çərşəmbə günü gecə saatlarına qədər davam edən partiya iclasından sonra istefa qərarını verib. BNS həmçinin qeyd edir ki, prokurorluq bələdiyyə seçkiləri ərəfəsində 1 milyon avroya qədər partiya ianəsi müqabilində şəhərdə inkişaf üçün bir yol çəkilməsinə icazə verildiyini iddia edir. 2016-cı ilin sonundan bəri Baş nazir vəzifəsində çalışan Ratas, Kallasın mərkəz sağ İslahat Partiyasının ən böyük partiya hesab olunduğu 2019-cu il ümumi seçkilərində məğlub olub.

Daha sonra, Ratas parlamentdə çoxluq qazanan üç partiya, mərkəz sol, mühafizəkar Ana Vətən partiyası ilə ifrat sağçı EKRE arasında gözlənilməz bir koalisiya yaradaraq qalibin hakimiyyətə gəlməsinə əngəl olub. EKRE-nin məşhur liderləri, hakimiyyətdə qaldıqları iki il ərzində qarışıqlıqlara səbəb olub.

2019-cu ilin dekabrında Estoniya Finlandiyanın yeni baş nazirini (dünyanın ən gənc hökumət başçısıdır) "satıcı qız" kimi ələ saldığına və ölkəni idarə etmək qabiliyyətinə şübhə etdiyinə görə Finlandiyadan üzr istəyib.

Onlar eyni zamada bu ay Litvadakı seçkilərin nəticələrinin və Rumıniyada hökumət dəyişikliyinin Dərin Dövlət tərəfindən edildiyini iddia ediblər.

Estoniyada növbəti ümumi seçkilər 2023-cü ilin martında keçiriləcək.

Ana səhifəDünyaEstoniyanın Baş naziri haqqında aparılan araşdırmaya görə istefa verib