Onların əksəriyyəti gənclərdir
Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülən daha 11 hərbçi Azərbaycana qaytarılıb. Onların arasında Birinci Qarabağ Müharibəsindən sonra dünyaya gələn gənclər çoxluq təşkil edir.
Azərbaycana qaytarılanlar arasında 6 il Ermənistanda əsir saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev də var. Onlar dekabrın 14-də Azərbaycana gətiriliblər. Əsir düşməsi Rusiya telekanallarında yayımlanan hərbçi Amin Musayev də azad olunanlar arasındadır. Onun xalası Nübar Azadova Meydan TV-yə bacısı oğlunun artıq Bakıda olduğunu
təsdiqləyib
.
Əsirlikdən azad olunan 11 hərbçi bunlardır:
- Yolçuyev Nurəddin Bəxtiyar oğlu – 14.10.1988
- Baxşəliyev Emin Zahir oğlu – 22.01.1988
- Abdinov Yəhya Vüqar oğlu – 30.12.1999
- Əlizadə Nurlan Mehman oğlu – 02.01.1992
- Həmidov Nahid Yaşar oğlu – 05.01.1992
- Əliyev Şərif Elsevər oğlu – 20.12.1995
- Ələkbərov Ömər Teymur oğlu – 11.01.1985
- Əliyev Anar Hidayət oğlu – 28.06.1992
- Əhmədzadə Mobil İlqar oğlu – 22.04.1999
- Vəliyev Vəliəhəd Şakir oğlu – 05.03.1998
- Kərimov Bayram Yaşar oğlu – 03 02.1992