Əsirlikdə olan Amin Musayev Azərbaycana qaytarılıb

Bu barədə Amin Musayevin xalası Nübar Azadova Meydan TV-yə deyib.

Source: Specify Source


Ailəsi məlumatı televiziyadan eşitdiyini deyir

Dekabrın 14-də Ermənistan ordusuna əsir düşmüş hərbçi Amin Musayev də Azərbaycana gətirilib.

Bu barədə Amin Musayevin xalası Nübar Azadova Meydan TV-yə deyib.

Nübar Azadova məlumatı rəsmi orqanlardan deyil, televiziyadan aldığın bildirib.

Bu gün Ermənistanda girovluqda saxlanılan Azərbaycanlı əsirlər Şahbaz Quliyev və Dilqəm Əsgərov Azərbaycana gətiriliblər.

Onlarla birgə 7 nəfərin də Azərbaycana gətirildiyi deyilsə də, hələlik adlar açıqlanmır.

Ağstafa rayonundan olan Amin Musayev İkinci Qarabağ Müharibəsi zamanı yaralı halda Ermənistan döyüşçülərinin əlinə keçmişdi. İlk dəfə “Anna news” Rusiya kanalının əməkdaşı bu barədə məlumat yaymışdı.

Ana səhifəSiyasətƏsirlikdə olan Amin Musayev Azərbaycana qaytarılıb