Əshabi-Kəhfdən fotoreportaj

Əshab-i Kəhf dağının hündürlüyü 1665 metrdir. Mağaranın quruluşu, təbii coğrafi şəraiti ilə tanışlıq buranın ilkin yaşayış məskənlərindən biri olmasını söyləməyə imkan verir. “Əshab” yeniyetmə cavan oğlanlar, “kəhf” isə mağara, sığınacaq yeri deməkdir. Əshab-i Kəhf yeniyetmə cavanların sığınacaq yeri – mağara mənasındadır. 

İslam rəvayətlərinə görə, mağaradakılar Dəqyanus adlı padşahın zülmündən qaçıb burada gizlənib.  300 il yuxuya getdikdən sonra ayılaraq behiştə düşmüş altı yeniyetmə cavan oğlandan və onların yanında olan Qitmir adlı itdən ibarət olub.

 Digər rəvayətə görə, Dəqyanus padşah olduğu vaxt əhalini bütpərəstliyə məcbur edirdi. Təkallahlığa inanan yeniyetmə cavan oğlanlar şahın zülm və təqiblərindən yaxa qurtarmaq üçün şəhərdən qaçıb mağarada özləri üçün sığınacaq tapıblar.

Qurani-Kərimin 18-ci “Əl-kəhf” surəsində Əshabi-Kəhf haqqında  məlumat verilib. 

Miladdan əvvəl 18-ci əsrdən miladın 2-ci əsrinə qədər olan müxtəlif xarakterli hekayələrin məcmusundan ibarət olan Tövratda Əshab-i Kəhf barədə məlumat verilib. 

Quranın “Əshab-i Kəhf” surəsində Makedoniyalı İskəndərin (miladdan qabaq 336–323-cü illərdə hökmranlıq etmişdir) Dərbənddə dəmir qapı saldırması hadisəsi Əshab-i Kəhf hadisəsindən sonra şərh edilib. Bundan başqa, həmin hadisə Tövratda da qeyd edilib.

Ana səhifəFotoreportajƏshabi-Kəhfdən fotoreportaj