“Əsgərlər vurulanda yox, unudulanda ölürlər”. Bu kəlmələr jurnalist Arif Əliyevin “Yalama” kitabının ön səhifəsindədir. Kitab Cümhuriyyətin son günü -1920-ci il aprelin 27-də Yalama staniyasında XI Qırmızı Ordu ilə üz-üzə qalan, 350 əsgər haqqındadır. Döyüş zamanı əsgərlərin böyük hissəsi həyatını itirib.
Arif Əliyev deyir ki, povesti yazmaqda məqsədi vicdanlarda ləkə kimi qalan ədalətsizliyi bərpa etməkdir. Jurnalist deyir ki, Yalama döyüşü haqqında erməni, gürcü mənbələrindən daha çox material əldə edib.
Cümhuriyyətin ömrünü uzatmaq üçün döyüşənlərin isə kimlikləri bəlli deyil. Arif Əliyev deyir ki, Sovet dövründə arxiv materialları yandırıldığından, izləri tapmaq asan deyil.
350 əsgərin mübarizəsindən bəhs edən kitabın satışından gələn pullar eyni mövzuda yazılmış “Bəyaz ruhlar qatarı” pyesinin tamaşaya qoyulmasına yönəldiləcək.