Azərbaycan əsgəri həyatını itirib
Azərbaycan Ordusunun əsgəri Mehralı Məmmədovun mayın 27-də qeyri-döyüş şəraitində aldığı xəsarətlərdən vəfat etdiyi deyilir.
Kəlbəcər rayonunda müddətli həqiqi hərbi xidmət edən 2003-cü il təvəllüdlü Mehralı Məmmədovun Tovuz rayonunun Öksən kəndindən olduğu bildirilir.
Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, Mehralı Məmmədovu tikinti işlərinə cəlb ediblər:
“Tikintidə təhlükəsizlik qaydalarına riayət edilmədiyi üçün əsgər vəfat edib”.
Müdafiə Nazirliyi APA-nın sorğusuna cavab verib ki, əsgərin ölümüylə bağlı araşdırma aparılır.