Əsgərin taqım komandiri tərəfindən güllələndiyi bildirilir

Hərbçi Razi Şakir oğlu Mustafalı

Hərbçi Razi Şakir oğlu Mustafalı

Azərbaycanın Quru Qoşunlarının Tərtərdə yerləşən N saylı hərbi hissəsində xidmət edən Razi Şakir oğlu Mustafalı həlak olub. Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, əsgər taqım komandiri tərəfindən güllələnərək öldürülüb. 

Razi Mustafalının cənazəsi Bakı şəhəri, 4-cü mikrorayon, Hüseyn Seyidzadə 13-də yaşayan valideynlərinə təhvil verilib. Cənazənin artıq dəfn olunduğu bildirilir.

Yaxınlarına hadisənin hansı zəmində baş verdiyi haqda məlumat yoxdur.

Müdafiə Nazirliyi bu barədə hər hansı məlumat yaymayıb. Qurumun mətbuat xidmətindən Meydan TV-nin sualını cavablandırmayıblar

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/3keurk

Ən çox baxılan