Əsgərin qar uçqunu altında qaldığı bildirilir

19 yaşlı Fuad Şirəliyev dəfn edilib

Source:
Əsgər Fuad Habil oğlu Əhmədov
Əsgər Fuad Habil oğlu Əhmədov

Daşkəsəndə hərbi xidmətdə olan əsgər Fuad Habil oğlu Şirəliyevin qar uçqunu nəticəsində həlak olduğu bildirilir. Bu barədə Meydan TV-yə əsgərin yaxınları məlumat verib.

1999-cu il təvəllüdlü Fuad Şirəliyev dekabrın 28-də doğulduğu Kürdəmir rayonunda torpağa tapşırılıb. Faktı Meydan TV-yə əsgərin qonşuları da təsdiqləyib. İş gününün sonu olduğundan Müdafiə Nazirliyindən, eləcə də Kürdəmir Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.

Ana səhifəXəbərlərƏsgərin qar uçqunu altında qaldığı bildirilir