Əsgərin intihar etdiyi bildirilir

“Bədənində çoxlu yara izləri vardı”

Source:
Sübhan Sadiq oğlu Xaspoladov
Sübhan Sadiq oğlu Xaspoladov

“Bədənində çoxlu yara izləri vardı”

Martın 11-də Qazaxdakı N saylı hərbi hissənin əsgəri olmuş Sübhan Sadiq oğlu Xaspoladovun cənazəsi böyüdüyü Qəbələ rayon Mıxlıqovaq kəndində torpağa tapşırılıb. Meydan TV-yə bu barədə kənd sakinləri məlumat verib. Məlumatda kəndin Qara Kərimli məhəlləsində yaşamış S.Xaspoladovun intihar etdiyi bildirilir.

“Bədənində çoxlu yara izləri vardı və başından güllə yarası almışdı. Hərbçilərsə dedilər ki, intihar edib. Amma biz inanmırıq” – yaxınları Meydan TV-yə bildirib.

Mıxlıqovaq kənd bələdiyyəsi sədrinin müavini İlham Şirinov da faktı təsdiqləyib: “Bəli, əsgəri torpağa tapşırdıq. İntihar etdiyini dedilər”.

Müdafiə Nazirliyi əsgərin ölümü ilə bağlı açıqlama yaymayıb.

Ana səhifəXəbərlərƏsgərin intihar etdiyi bildirilir