Əsgər yoldaşlarını öldürməkdə şübhəli bilinən hərbçiyə ittiham elan edilib

Foto: Azertac

Elxan Əvəzli barəsində həbs qətimkan tədbiri seçilib

3 hərbçini öldürməkdə şübhəli bilinən Elxan Əvəzliyə qarşı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham elan edilib.

Bu barədə Respublika Prokurorluğu yanvarın 4-də məlumat yayıb.

Bildirilib ki, Füzuli Hərbi Məhkəməsinin qərarı ilə Elxan Əvəzli barəsində həbs qətimkan tədbiri seçilib.

Yanvarın 2-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Elxan Əvəzli baş leytenant Yusif İsmayılovu, kiçik gizirlər Amil Cəlilzadəni və Rəfail İbrahimovu qətlə yetirib. O, bir gün sonra Laçın rayonunda saxlanılıb.

Ana səhifəSiyasətƏsgər yoldaşlarını öldürməkdə şübhəli bilinən hərbçiyə ittiham elan edilib