Qadir Fərəcov 16 il azadlıqdan məhrum olunub
Əsgər yoldaşını öldürməkdə təqsirli bilinən Qədir Cavanşir oğlu Fərəcovun apelyasiya şikayəti təmin olunmayıb.
Bakı Apelyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun sədrliyi ilə keçən prosesdə Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Məhkəmənin hökmü ilə Q.Fərəcov 16 il müddətinə azadlıqdan məhrum edilib. O, Müdafiə Nazirliyinin Zığda yerləşən “N” saylı hərbi hissəsində əsgər olub. Q.Fərəcov əsgər yoldaşı Məhəmməd Əhmədovu odlu silahdan atəş açaraq qətlə yetirməkdə günahlandırılır. Hadisə münaqişə zəminində baş verib.
Q. Fərəcov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən ittiham edilib.