Əsgər tərxis olunmasına 1 həftə qalmış öldürüldü

Hadisə sentyabrın 22-də baş verib, əsgər sentyabrın 25-də dünyasını dəyişib.

Source:
Tamerlan Kamil oğlu Əsədzadə Mənbə: Facebook
Tamerlan Kamil oğlu Əsədzadə Mənbə: Facebook
Tamerlan Kamil oğlu Əsədzadə Mənbə: Facebook
Tamerlan Kamil oğlu Əsədzadə Mənbə: Facebook

Füzulidəki “N” saylı hərbi hissənin əsgəri Tamerlan Kamil oğlu Əsədzadə tərxis olunmasına 7 gün qalmış əsgər yoldaşlarından biri tərəfindən hücuma məruz qalıb və ağır vəziyyətdə hospitala yerləşdirilib. Onu xilas etmək mümkün olmayıb. Hadisə sentyabrın 22-də baş verib, əsgər sentyabrın 25-də dünyasını dəyişib.

Bu barədə Meydan TV-yə onun atası Kamil Əsədov məlumat verib. Onun sözlərinə görə, oğlu Bərdə rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Ancaq hərbi qulluğu bitirməsinə bir həftə qalmış əsgər yoldaşı onun baş nahiyyəsindən bellə vurub.

Bel əsgərin başında qalıb və o vəziyyətdə hərbi hospitala yerləşidirilib. Kamil Əsədzadə deyir ki, hadisə nəzarətsizlikdən baş verib. Hazırda yaxınları Tamerlan Əsədzadənin nəşini gətirməyə gediblər.

İş günü olmadığından Müdafiə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Ana səhifəXəbərlərƏsgər tərxis olunmasına 1 həftə qalmış öldürüldü