Əsgər ölümünə son deyən gəncə əfvmi, cəzamı?



İllər keşsə də, Azərbaycanda siyasi məhbusların sayı demək olar ki, dəyişmir. Prezident mütəmadi olaraq əfv haqda sərəncam imzalayır, lakin çox keçmir ki, zindanlardakı “vakant yerləri” siyasi elitanın oppenentlərindən yeni həbs edilənləri tutur. Meydan TV necə əfv imkanının manipulyasiyaya, siyasi məhbusların isə Azərbaycan hök




u




mətinin apardığı beynəlxal




q




siyasətdə alış-veriş alətinə çevrilməsindən danışır.


Mərhəmət diləmək

İctimai-siyasi fəal, 27 yaşlı İlkin Rüstəmzadə NİDA Gənclər Hərəkatının üzvüdür. İlkin kütləvi iğtişaşlar təşkil etməkdə ittiham olunur və artıq altıncı ildir ki, həbsdədir. Ümumilikdə isə ona 8 illik həbs cəzası verilib. “Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatı onu “vicdan məhbsusu” kimi tanıyıb. Gənc fəal həbsxanadakı durumu ilə bağlı əvvəllər də şikayətçi olub, lakin onun son məktubu daha çox kömək üçün fəryada bənzəyir:

“Artıq altıncı ildir ki, həbsdəyəm. Və ilk dəfədir özümü bu qədər gücsüz hiss edirəm. İlk dəfədir ki, dəstəyinizə bu qədər ehtiyacım var. Artıq boğuluram. Nəfəs ala bilmirəm. Məni burda hər gün diri-diri öldürürlər”.

İlkinin yoldaşlarından birinə telefonla çatdırdığı bu müraciəti

NİDA-nın “Facebook” səhifəsində

yayılıb. Müsavat Rartiyasının üzvü, keçmiş siyasi məhbus Tofiq Yaqublu hesab edir ki, İ.Rüstəmzadəni “əyilməz olduğuna görə incidirlər”. Onun əyilməzliyi həbsdə olduğu illər ərzində bir dəfə də olsun əfv diləməməsi ilə əlaqələndirilir.

“Baxın, İlkin Rüstəmzadə ilə həbs olunanların hamısı azadlıqdadır, o isə bu günə qədər həbsdədir. Bu, onun sınmazlığının, dönməzliyinin göstəricisidir” – T.Yaqublu Meydan TV-yə müsahibəsində belə deyir.


Qeyri-döyüş şəraitində həlak olan əsgərlər

NİDA Hərəkatının fəallarının işi Azərbaycan məhkəmə araşdırmaları tarixinə ən səs-küylülərdən biri kimi düşdü. O, ölkədə son illərin ən böyük kütləvi etirazları ilə də yadda qaldı. NİDA fəalları hər il Azərbaycan ordusunda onlarla əsgərin  qeyri-döyüş şəraitində həlak olmasına və bu ölüm hadisələrinin araşdırılmamasına etiraz edirdilər.

2013-cü ilin əvvəllərində Bakının mərkəzində “Əsgər ölümlərinə son” şüarı ilə keçirilən aksiyalara, müxalifyönlü KİV-lərin məlumatına görə, hər dəfə üç mindən çox insan toplamaq mümkün olub. Əsasən gənclərin qatıldığı etirazlarda, həlak olan əsgərlərin valideynləri də iştirak ediblər. Etirazçılar əsgər ölümlərinin araşdırılması ilə yanaşı, bir neçə dəfə “İstefa!” tələbini də səsləndiriblər. Aksiya iştirakçılarını su şırnağı və dəyənəklərlə dağıdan polis 60 nəfəri də saxlamışdı.

Etirazların təşkilatçısı kimi 8 nəfər gənc həbs olundu və onlardan ən gəncinin 17 yaşı var idi. Onların hamısına mütəşəkkil dəstə şəklində silah və partlayıcı maddələr saxlamaq və kütləvi iğtişaşlar törətmək ittihamları irəli sürülmüşdü, bəziləri isə narkotik və xuliqanlıq kimi əlavə maddələrlə də təqsirli bilindilər və onlara 6 ildən 8 ilədək həbs cəzası verildi.

“Bizə axtarışa gələndə, mən əvvəldən də onları xəbərdar etdim ki, bizim evdə heç nə yoxdu, əgər silah və ya Molotov kokteyli tapılsa, demək siz gətirib atmısınız” –deyə, İlkin Rüstəmzadənin anası Atlas Hüseynova sözügedən hadisələri xatırlayır.

Məhkəmə səkkiz ay davam etdi, lakin İlkin Rüstəmzadənin vəkili Nemət Kərimlinin sözlərinə görə, irəli sürülən ittihamların heç biri məhkəmə prosesində öz təsdiqini tapmadı.


Humanizm oyunu

Hüquq müdafiəçilərinin son hesabatına əsasən, hazırda Azərbaycanda 128 siyasi məhbus var. Ötən il onların sayı 158, ondan öncəki il isə 119 nəfər olub. Hər il onlarla siyasi məhbus azadlığa çıxsa da, onların yerini tezliklə yeniləri tutur və ildən-ilə ümumi sayda ciddi dəyişiklik baş vermir. Son illərin təcrübəsi göstərir ki, əksər siyasi məhbuslar prezidentə əfv üçün müraciət edirlərsə, gec və ya tez onlar həqiqətən də əfv olunurlar. Qəribə də olsa, siyasi motivlərlə həbs edilənlərin azadlığa buraxılması hakimiyyətə də sərf edir. Adətən siyasi məhbusları (və ilk növbədə, artıq prezidentdən əfv diləyənləri) beynəlxalq təşkilatlarla münasibətdə gərginliyi azaltmağa ehtiyac yarandığı zaman azad edirlər.

Bir qədər öncə özü də siyasi məhbus olmuş hüquq müdafiəçisi Rəsul Cəfərov hesab edir ki, Azərbaycanda prezidentin əfvləri təbliğat elementidir:

“Hakimiyyət sadəcə siyasi dividentlər qazanmaq istəyir və bundan alver predmeti kimi istifadə edir”.

R.Cəfərov bu yaxınlarda Azərbaycanda ən məşhur siyasi məhbus, müxalif ReAl Partiyasının sədri İlqar Məmmədovun məhz beynəlxalq təşkilatların təzyiqləri nəticəsində azad edildiyini xatırladır. O, İsmayıllı rayonunda talan və yanğınlarla müşayiət edilən kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il həbs cəzası almışdı.

İ.Məmmədov da əfv üçün müraciətdən imtina etmişdi və bu səbəbdən də 5 il həbsxana həyatı yaşamalı oldu. Lakin onun həbsi həqiqətən də dünyada böyük rezonan yaratdı. İ.Məmmədovun azad edilməsini bir çox beynəlxalq təşkilat tələb edirdi, Avropa Birliyi ölkələri isə Azərbaycanı sanksiyalarla hədələyirdi. Müxalifət liderini Almaniyanın kansleri Angela Merkelin Azərbaycana səfərindən az öncə, bu ilin avqustunda azad etdilər.


Gülləri də unutma

Bəzən prezident Əliyev cəzası onsuz da bitmək üzrə olanları azad edir. Rəsul Cəfərov son əfv sərəncamı ilə azad edilənlərin arasında belələrinin çox olduğunu deyir:

“Bu cür əfv humanizmdən daha çox ucuz siyasi addım kimi görünür. Ümumiyyətlə, Azərbaycanda siyasi məhbusların əfvi daha çox cəza mexanizminə bənzəyir. Ölkə qanunvericiliyi əfv üçün ərizənin məhz məhbusun özü tərəfindən yazılmasını tələb etmir, buna hakimiyyət məcbur edir. Bununla onlar cəmiyyətə həmin şəxsləri öz günahlarını etiraf etmiş və bundan peşman olmuş cinayətkarlar kimi təqdim etməyə çalışırlar” – hüquq müdafiəçisi belə deyir.

Bəzən siyasi məhbusları loyallıq müqabilində həbsdən buraxırlar, yəni onlardan azad ediləcəkləri təqdirdə həmişəlik siyasi və ictimai fəaliyyətlərinə son qoyacaqlarına dair vəd vermələri tələb olunur. Elə olur ki, bu cür vədi hansısa xüsusi bir jestlə dəstəkləmək də tələb edilir. Bir neçə dəfə azad olunan məhbuslara keçmiş prezident Heydər Əliyevin məzarını ziyarət etmək və mütləq üzərinə gül qoymağın israrla təklif edilməsi kimi hallar da məlumdur.

İlkin Rüstəmzadənin yaxınları və silahdaşları bildirirlər ki, ona daim təzyiqlər olunur – həbsxana rəhbərliyi əfv üçün ərizə yazmasını tələb edir. Bundan əlavə, İ.Rüstəmzadəyə digər məhbuslarla müqayisədə xüsusi ilə ağır tələblər irəli sürülür. Əslində burada qeyri-adi bir hal yoxdur, siyasi məhbuslara qarşı münasibət cinayətkarlara nisbətən hər zaman daha pisdir.

Илькин Рустамзаде на митинге, прошедшем под лозунгом «Нет солдатским смертям!». Март, 2013 фото из соцсетей
İlkin Rüstəmzadə ”Əsgər ölümlərinə son” şüarı ilə keçirilən mitinqdə Mart, 2013 il sosial şəbəkədən götürülən foto

“Digərləri rüşvət verməklə özünün saxlanma şəraitini yaxşılaşdıra bilir. Amma bizim barakda çarpayı yerini dəyişmək belə qadağan idi”-deyə, bir müddət İlkin Rüstəmzadə ilə eyni həbsxanada qalmış keçmiş siyasi məhbus Tofiq Yaqublu qeyd edir. O, həmçinin əlavə edir ki, həbsdə olduğu üç ildən artıq bir müddətdə ona qəzetlər almağa və yaxınlarına məktub göndərməyə imkanı verilmirdi.

İlkin Rüstəmzadənin anası Atlas Hüseynova isə təzyiq və işgəncələr səbəbindən oğlunun ona verilmiş səkkiz illik həbs cəzasını çəkdikdən sonra belə “sağ-salamat” azadlığa çıxa bilməyəcəyindən qorxur. Lakin valideynlər oğullarının qərarına təsir edə bilmirlər.

“Biz hər dəfə İlkinə ərizə yazmaqdan söhbət açanda, cavab verir ki, bəyəm mən hansısa cinayət törətmişəm?” – fəalın atası Bəkir Xəlilov belə deyir.

“Mediaşəbəkə”nin dəstəyi ilə

Ana səhifəVideoƏsgər ölümünə son deyən gəncə əfvmi, cəzamı?