Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil
Hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Bu barədə APA-nin məlumatında bildirilir ki, əsgər Firdovsi Fikrət oğlu Nəsibov özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Mərhum əsgər Bakının Nəsimi rayonundan həqiqi hərbi xidmətə çağırılıb.