Əsgər atası Avropa Məhkəməsinə üz tutdu

Məhkəmə şikayətlə bağlı Ermənistan hökumətinə 7 sual göndərib

Source:
Çingiz Qurbanovu Bakıya yola salarkən
Çingiz Qurbanovu Bakıya yola salarkən



Məhkəmə şikayətlə bağlı Ermənistan hökumətinə 7 sual göndərib

Azərbaycan vətəndaşı Salman Qurbanov Avropa İnsan Hüquqları məhkəməsinə Ermənistan əleyhinə şikayət verib.  O, Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin sonunda itkin düşmüş, sonradan meyitinin verilməsi gecikdirilən əsgər Çingiz Qurbanovun atasıdır.

Məlumatı məhkəmənin saytı yayıb.

Şikayətdə meyitin geri verilməməsi Konvensiyanın 3-cü (Qeyri-insani rəftar), adət-ənənəyə uyğun dəfn edilməməsi isə 8-ci (Özəl həyata müdaxilə) maddələrininin pozuntusu kimi təqdim edilib:

“Çingiz Qurbanov Azərbaycan və Ermənistan hərbçilərinin Tovuz rayonu ərazisindəki təmas xəttində itkin düşmüşdü. Sonradan onun həlak olduğu açıqlandı. Ermənistan tərəfi uzun müddət əsgərin meyitini Azərbaycana verməkdən imtina etdi”.

Şikayətdə həlak olmuş əsgərə münasibətdə Konvensiyanın 13-cü (Effektiv müdafiə vasitələri) və 14-cü (Ayrı-seçkilik) maddələrinin pozulduğu iddia olunur.

Avropa İnsan Hüquqları Məhkəməsi şikayətlə bağlı Ermənistan hökumətinə 7 sual göndərib.

Ç.Qurbanov 2016-cı il dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı toqquşmada həlak olub. Onun meyiti bir müddət Ermənistan tərəfində qalıb.

Meyitin geri verilməsindən ötrü ATƏT, Avropa Şurası rəsmiləri də işə qarışmışdı.

Ç.Qurbanovun nəşi 2017-ci il fevralın 5-də alınmış, fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilmişdi.

Fevralın 7-də isə İ.Əliyev Ç.Qurbanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi barədə sərəncam imzaladı.

Mənbə: Azadlıq Radiosu

Ana səhifəXəbərlərƏsgər atası Avropa Məhkəməsinə üz tutdu