“Bu ölkə ilə məni bağlayan rəsmi heç nə qalmad
ı”
Vəkil Əsabəli Mustafayevin şəxsiyyət vəsiqəsi qüvvədən salınıb. Bu barədə məlumatı vəkil öz “Facebook” səhifəsində yayıb:
“İndi də şəxsiyyət vəsiqəmi qüvvədən saldılar. Xarici pasport qüvvədən salınıb, şəxsiyyət vəsiqəsi qüvvədən salınıb. Bu ölkə ilə məni bağlayan rəsmi heç nə qalmadı. Sonra nə olacaq? Vətəndaşlığı olmayan şəxs kimi deportasiya edəcəklər? Nəyə ümud edirlər? Şəxsiyyət vəsiqəsi kimi şəxsiyyətin özünün də qüvvədən düşməsini? Və ya digər ölkələrdən pasport istənilməsini? Bunları heç ağıllarına da gətirməsinlər”.
Vəkil onu da bildirib ki, şəxsiyyət vəsiqəsini qüvvədən salınması onun referendumda səsvermədən də kənarlaşdırır.
Həftəsonu olduğundan DİN-dən münasibət öyrənmək mümkün olmayıb.