ƏSA yeni layihə təqdim etdi

Layihənin müəllifi, ƏSA Teatrının baş meneceri Nicat Qulamdır

Source: Specify Source


“Pandemiya aktyoru” adlı video-çarxlar hazırlanıb

Azərbaycanın ilk inklüziv teatrı ƏSA yeni layihə təqdim edib.

Kollektiv “Pandemiya aktyoru” adlı video-çarxlar hazırlayıb.

Teatrın aktyorları Rafael Şahbəyli və İmran Lalayevin iştirakı ilə çəkilən video-çarxlar, teatrların pandemiyaya görə bir ildən çoxdur fəaliyyətini dayandırması, həmçinin aktyorların səhnədən, yaradıcı prosesdən uzaq qalması probleminə toxunub.

Layihənin müəllifi, ƏSA Teatrının baş meneceri Nicat Qulamdır.

“Teatrların bir ildən çoxdur fəaliyyət göstərməməsi ən çox aktyor heyətinə mənfi təsir edib. Çünki uzun müddət aktyorların səhnədən kənarda qalması, tamaşaçı qarşısına çıxmaması, yaradıcı və kollektiv prosesdə iştirak etməməsi onları motivasiyadan salmaqla yanaşı, həm də passivləşdirir”, – deyə Nicat Qulam bildirib.

Pandemiya ilə əlaqədar bir ildən çoxdur Azərbaycanda teatrların fəaliyyəti dayanıb. Ölkə teatrları virtual tamaşalar nümayiş etdirir.

Mədəniyyət naziri Anar Kərimov bir müddət öncə jurnalistlərə açıqlamasında yoluxma dinamikası aşağı düşdüyü təqdirdə teatrların fəaliyyətinin bərpa oluna biləcəyini deyib.

Ana səhifəMədəniyyətƏSA yeni layihə təqdim etdi