Ərzaq məhsullarının qiyməti artıb

İnflyasiya səbətinə daxil olan ərzaq, qeyri-ərzaq və xidmətlərin dəyəri artıb

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə


İnflyasiya səbətinə daxil olan ərzaq, qeyri-ərzaq və xidmətlərin dəyəri artıb

Azərbaycanda, demək olar ki, əksər istehsal məhsulu və xidmətlərin qiyməti artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin sentyabrında istehlak məhsullarının və xidmətlərin qiymətləri avqust ayına nisbətən 2.3 faiz, yanvar-sentyabr aylarında əvvəlki ilin uyğun dövrünə nisbətən isə 11.2 faiz bahalaşıb.

Ümumiyyətlə, inflyasiya səbətinə daxil olan ərzaq, qeyri-ərzaq və xidmətlərin dəyəri artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymət indeksləri belədir:

2016-cı ilin yanvar-sentyabrı 2015-ci ilin yanvar-sentyabrına nisbətən, faizlə:


– Çörək məmulatları və yarmalar – 16.6



– Ət məhsulları – 5.1



– Balıq məhsulları – 12.5



– Süd məhsulları, pendir və yumurta – 11.2



– Yağ və piylər – 25.1



– Meyvələr – 9.2



– Tərəvəzlər – 2.5



– Qənd, cem, bal, şokolad və konfetlər – 18.6



– Digər kateqoriyalara aid edilməyən ərzaq məhsulları – 21.8



– Qəhvə, çay, kakao – 29.4



– Mineral sular, sərinləşdirici içkilər və şirələr – 25.2



– Araq, brendi (konyak) – 15.2



– Tütün məmulatları – 56.7

Ana səhifəXəbərlərƏrzaq məhsullarının qiyməti artıb