Ehtiyatın hamısı Rusiya və Qazaxıstandan idxal hesabına təmin edilir
Ərzaq bazarındakı ajiotaj hökuməti məcbur edib ki, çörəyin bahalanmasının qarşısını almaq üçün dövlət buğda ehtiyatını satışa çıxarsın.
İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına görə, çörək və çörək məhsullarının satış qiymətinin əvvəlki səviyyədə saxlanılması FHN yanında Dövlət Taxıl Fondunda yaradılmış ehtiyatların satışı hesabına təmin edilir.
Dövlətin taxıl ehtiyatının maksimal həcmi 750 min tondur. Ehtiyatların vəziyyəti barədə informasiya dövlət sirri sayılır. Ehtiyatın hamısı RF və Qazaxıstandan idxal hesabına təmin edilir.
2014-cü ildə xaricdən bəyannamə qiyməti $293,9 mln olan 1 mln 195,6 min ton buğda alınıb: Qazaxıstandan548,1 min ton, Rusiyadan 630,2 min ton (TuranİA).