Zöhrab Mnastakyan

Mənbə: arxiv

Başlıq: Zöhrab Mnastakyan

Ermənistanın Xarici işlər naziri istefa verdi

Məqalə yeniləndi:  18 Noyabr 2020

Zöhrab Mnatsakanyanın noyabrın 16-da istefa verdiyi bildirilir

Ermənistanın Xarici işlər naziri Zöhrab Mnatsakanyan noyabrın 16-da istefa verib.

Məlumatı nazirliyin mətbuat xidmətinin katibi Anna Naqladyan yayıb.

2018-ci ildən Ermənistanın Xarici işlər naziri olan Zöhrab Mnatsakanyan 1966-cı ildə Yerevanda doğulub.

1990-cı ildə Moskva Beynəlxaq Əlaqələr Universitetini bitirən sabiq nazir Londonda Mançestr Universitetində magistr təhsili alıb.

Eyni zamanda, o, Ermənistanın Vatikandakı səfirliyində birinci katib vəzifəsində çalışıb.

Zöhrab Mnatsakanyan müxtəlif illərdə Ermənistanı İsveçrədə, Avropa Şurasında, BMT-də diplomat kimi təmsil edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  18 Noyabr 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/12mwlh

Ən çox baxılan