Robert Köçəryan

Mənbə: JAMnews

Başlıq: Robert Köçəryan

Ermənistanın problemlərinin həllinin açarı kimin əlindədir?

Məqalə yeniləndi:  26 May 2021

Eks-prezident Robert Köçəryanın fikri Jamnews-un materialında

Eks-prezident Robert Köçəryan lideri olduğu “Ayastan” (Ermənistan) blokunun mətbuat konfransında Ermənistandakı siyasi vəziyyəti şərh edib. Blok növbədənkənar parlament seçkiləri ərəfəsində yaradılıb, sabiq prezidentsə Baş nazir vəzifəsinə namizəddir.

Köçəryan qısa keçmiş mətbuat konfransında bəyan edib ki, rəhbərlik etdiyi blok hökumət başçısı vəzifəsini icra edən Nikol Paşinyanın reytinqini seçkilərdək “dağıtmaq” niyyətindədir. Eks-prezident həmçinin Ermənistan-Azərbaycan sərhədindəki gərgin vəziyyəti şərh edib. Ermənistanda iyunun 20-nə növbədənkənar parlament seçkiləri təyin olunub.

Hakimiyyət və müxalifət belə qənaətə gəlib ki, yalnız seçkilər Qarabağdakı müharibədən sonra meydana gəlmiş siyasi böhranı aradan qaldıra bilər. Erməni tərəfi məğlubiyyətə uğradıqdan sonra müxalifət Baş nazirin istefasını tələb etdi. Lakin Nikol Paşinyan ümumxalq səsverməsi nəticəsində seçildiyini və sadəcə müxalifət tərəfdarlarının tələbi ilə vəzifəsindən getməyəcəyini bəyan etdi. Nəticədə o, müxalifətin parlamentdəki təmsilçiləri ilə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı razılığa gəldi.

Paşinyan reytinqinin “dağılma” planı

Eks-prezident etiraf edir ki, hazırkı hakimiyyətin və şəxsən Nikol Paşinyanın reytinqi pis deyil və Köçəryan sosial sorğular keçirən insanların dürüstlüyünə şəkk gətirmir. Son məlumatlara görə, hakim qüvvənin reytinqi 27 faizdir. Robert Köçəryan bəyan edib ki, onun bloku seçkilərədək bu rəqəmləri dəyişmək niyyətindədir:

“Biz əminik ki, parlamentdə 25-30 faizə malik olmaqla çoxalmaq və onunla əməkdaşlıq etməyə hazır qüvvələr olmadığı təqdirdə hökuməti təşkil etmək mümkün deyil. Biz həmin 30 faizi 15-20-dək azalmağa nail olmasaq belə, yenə də bu siyasi qüvvə hökuməti təşkil etməyə və icraedici hakimiyyətnə nəzarət etməyə qabil olmayacaq. Bu aşkardır. Lakin biz yenə də sonunadək reytinqi dağıtmağa çalışacağıq. Üstəlik sabiq prezident “satqınlarla əməkdaşlıq etməyə hazır və parlamentə keçməyə qabil” qüvvələri görmür”.

“Ayastan” (Ermənistan) blokunun mətbuat konfransı

“Ayastan” (Ermənistan) blokunun mətbuat konfransı

Mənbə: Jamnews

Qarabağ münaqişənin həllinin açarı

Problemin həllinin açarı Rusiyanın əlindədir, bu günlərdə Qarabağ münaqişəsinin həlli barədə danışan Levon Ter-Petrosyan (Ermənistanın birinci prezidenti) bəyan edib. Çoxunun Rusiya üçün arzuolunan namizəd saydığı Robert Köçəryansa bu fikirlə razılaşmadığını bəyan edib. Eks-prezident münaqişənin nizamlanmasında, 2020-ci ilin payızında hərbi əməliyyatların sonlandırılmasında Rusiyanın əhəmiyyətli rolunun olduğunu etiraf edir, bununla belə, vəziyyətin bu cür primitiv şəkildə yozulmasının tərəfdarı deyil:

“Bu, həll açarının yalnız bir yerdə ola biləcəyi bir məsələ deyil. Bu həddən artıq sadəlövh izahdır. Münaqişə tərəfləri var, ona cəlb olunmuş aktyorlar var, həmsədrlər üçlüyü var”.

Həmsədrlər üçlüyü Rusiya, ABŞ və Fransadır. 2020-ci ildə baş vermiş ikinci Qarabağ müharibəsinədək Qarabağ nmünaqişəsinin nizamlanması üzrə sülh danışıqları ATƏT-in Minsk qrupunun həmsədrliyi formatında keçirdi. Erməni tərəfi onun bərpa olunmasını istəyir.

Tələsik delimitasiya

Eks-prezident bəyan edib ki, Azərbaycanın sərhədlərin delimitasiyası məsələsində Ermənistanı tələsdirməsi üçün tutarlı səbəbləri var. Lakin Ermənistan öz gündəmini Azərbaycanın təzyiqi altında qurmamalıdır. Onun söylədiyinə görə, Azərbaycanın Ermənistanın gələcək rəhbərliyi məsələsində üstünlük verdikləri var:

“Delimitasiya münaqişənin nizamlanması üzrə danışıq prosesinin bərpasına birmənalı şəkildə təsir edəcək. Sözsüz ki, ümumilikdə delimitasiyadan qorxmaq lazım deyil. Amma məhz indi onu gerçəkləşdirmək kifayət qədər problemlidir”.

Köçəryanın fikrincə, nə qədər ki, Azərbaycanın Ermənistandan müəyyən gözləntiləri var, bu cür böhranlar təkrarlanacaq.

O, vəziyyətin ilk növbədə danışıqlar yolu ilə çözülməsi fikri ilə razıdır, lakin əgər Ermənistan “düşmənə caynağını göstərməzsə”, bu olay nizamlandıqdan sonra analoji vəziyyət sərhədin digər hissələrində də təkrarlana bilər. Bununla yanaşı, Köçəryan hesab edir ki, Ermənistan sadəcə kənardan kömək gözləməməli, öz problemlərini özü həll etməli və sərhədlərinin təhlükəsizliyinin təminatı üçün addımlar atmalıdır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  26 May 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/uoyxaf

Ən çox baxılan