Mənbə: https://armeniatoday.news/

Ermənistanın Ombudsmanı 6 nəfərin yaralandığını deyir (Yenilənib)

Məqalə yeniləndi:  15 Oktyabr 2021

Qarabağda atəşkəs rejiminin pozulduğu haqda məlumatlar var

Ermənistanın Ombudsmanı Arman Tatoyan Xocavənd rayonunun Yenikənd ərazisi yaxınlığında 6 nəfərin yaralandığını bildirib. O, bu barədə sosial şəbəkə hesabından paylaşım edib. Ombudsman bildirib ki, hazırda şiddətli atışmalar davam edir.

"Armenpress" isə "Artsax Müdafiə Nazirliyi"nə istinadən bildirib ki, göstərilən müddətdə Noraşen kəndi yaxınlığında qızğın mübahisə və döyüş səsi eşidiblər:

"Sonra atəş açdılar. Tərəfsiz araşdırma gözləyən "Artsax Müdafiə Ordusu"nun komandanlığı əldə olunan razılaşmalara əməl olunduğunu və atəşkəs rejiminə ciddi riayət etdiyini bəyan edir".

Əsgəran rayonunun Xarav kənd sakini Andranik Kazaryan "Sputnik”in erməni bürosuna deyib ki, atəşkəs uzun zamandır pozulub və davam edir. Ancaq ölən və yaralananlar barədə informasiyaya malik deyil.

Azərbaycan Müdafiə Nazirliyi isə fərqli məlumat yayıb. Bildirilib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma olub.

Nazirlik yazıb ki, əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa çıxıb:

"Sonra onların olduqları yerdə partlayış müşahidə edilib. İlkin ehtimala görə, atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var. Baş verən hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur".

Oktyabrın 14-də Azərbaycan Ordusunun əsgəri Əfqan Həmzəyev həlak olub. Azərbaycanın Müdafiə Nazirliyi onun snayper atəşi nəticəsində həlak olduğunu bildirib.

Azərbaycanın Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı bəyanat yayıb. Qurum hesab edir ki, bu təxribat Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərinin kobud pozulmasıdır və bölgədəki vəziyyətin gərginləşdirilməsinə xidmət edir: “Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirildiyi bir vaxtda erməni silahlı dəstələrinin törətdiyi bu təxribat Ermənistan tərəfinin revanşist mövqeyini nümayiş etdirməklə yanaşı, Rusiya sülhməramlılarının fəaliyyətinə əngəl törətmək cəhdlərini göstərir".

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  15 Oktyabr 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/269v8k

Ən çox baxılan