Davit Tonoyan

Mənbə: Foto: arxiv

Başlıq: Davit Tonoyan

Ermənistanın müdafiə naziri ''hərbi sürprizlər''lə bağlı söz verib

Davit Tonoyan: ''Rusiyada istehsal edilən ''SU-30SM'' çoxfunksiyalı savaş jetləri 2019-cu ilin sonunda Ermənistanda olacaq''

Ermənistanın müdafiə naziri Davit Tonoyan jurnalistlərlə görüşdə Rusiyada istehsal edilən “SU-30SM” çoxfunksiyalı savaş jetlərinin 2019-cu ilin sonunda və ya 2020-ci ilin başında Ermənistanda olacağını bildirib, - “panorama.am” xəbər verir.

Müdafiə nazirinin sözlərinə görə, jetlərin çatdırılma prosesi ilə bağlı detallar istehsalı gerçəkləşdirən anlaşmada yer alır.

“Başqa nə silahlar əldə edilməsi gözlənilir,” sualına cavab olaraq Davit Tonoyan detallı bilgi verməyəcəyini bildirib, lakin “hərbi sürprizlər"ə söz verib.Ermənistanın müdafiə naziri “indi bunun haqqında bir şey deyə bilmərəm, amma hərbi sürprizlər gözlənilir" ifadələrini dilə gətirib. Rusiya bu bölgədə aparıcı gücə sahibdir.

1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəsi bağlayan Moskva həmçinin hər iki münaqişə dövlətinə silah satır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/bqkro3

Ən çox baxılan