Ermənistanın Milli Təhlükəsizlik Xidməti Azərbaycanın xeyrinə casusluq edənləri müəyyənləşdirib

Biri sabiq hərbçi olmaqla Ermənistanın iki vətəndaşı Azərbaycanın silahlı qüvvələrinə erməni hərbi hissələrini və silahları məhv etməkdə yardımçı olub

Source: news.am



Biri sabiq hərbçi olmaqla Ermənistanın iki vətəndaşı Azərbaycanın silahlı qüvvələrinə erməni hərbi hissələrini və silahları məhv etməkdə yardımçı olub

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) dövlət xəyanəti və Azərbaycanın xeyrinə cüsusluq hadisəsini ifşa edib.

“Sputnik” qurumun verdiyi məlumata istinadən

yazır ki

, vaxtilə “Qüsursuz xidmət” və “Hərbi əməliyyatlarda iştirak” medalları ilə təltif olunmuş sabiq hərbçi dostu ilə birgə Türkiyəyə gedib və orda müəyyən məbləğ qarşılığında məlumat ötürmək təklifini alıb. Onlar törətdikləri cinayətə uzun müddət və cidd-cəhdlə hazırlaşıb, rolları və gələcək gəlirləri bölüşdürüb, əməllərini ört-basdır etmək üçün planlar qurub, Azərbaycanın xüsusi xidmətindən göstərişlər alaraq, rabitə vasitələrini, ötürəcəkləri məlumatın həcmini və əhəmiyyətini müəyyənləşdiriblər. Daha sonra hər iki vətəndaş üşüncü ölkəyə yollanaraq, Azərbaycan səfirliyində razılaşmaya qol çəkiblər.

“Həmin sənədə əsasən, onlar düşmən tərəfə keçdiklərinə razılıq verib, xüsusi xidmət əməkdaşlarından uyğun ləqəblər və avans alıblar. Bundan sonra adı çəkilən şəxslər Azərbaycanın xüsusi xidmətinin əməkdaşları ilə əlaqə saxlayıb, onlardan tapşırıqlar alıb və məlumatlar ötürüb, Müdafiə Nazirliyinin hərbi hissələrinin, hərbi texnikanın şəklini və videosunu çəkib, xidmət edənlərin sayını, komanda tərkibinin şəxsi məlumatlarını aydınlaşdırıb, təlim batalyonlarını, həmçinin Ermənistanda və Dağlıq Qarabağda HHQ sistemlərinin dislokasiyasını, mühüm obyektlərin yanında həmin sistemlərin sayını araşdırıblar”, – məlumatda deyilir.

Bildirilir ki, bu şəxslər eyni zamanda strateji obyektlərin – su hövzələrinin, su elektrik stansiyalarının, strateji yüksəkliklərin, müharibə zamanı isə yeraltı sığınacaqların, hərbi texnikanın və qoşunların şəklini, videosunu çəkiblər. Onlar bütün bu məlumatları türk nömrələrinə qoşulmuş xüsusi əlavələrlə ötürüblər.

Ermənistan MTX-nın yaydığı məlumatda qeyd olunub ki, müharibə dövründə onlardan biri dəstə komandiri kimi Hadrutda döyüş meydanına yollanaraq, orda məlumat toplayıb və oktyabrın sonunadək məlumatları Azərbaycana ötürməkdə davam edib. Həmin müddət ərzində, o, hava əleyhinə müdafiə vasitələrinin, raket sistemlərinin, zirehli texnikanın, hərbi mövqelərin, hərbi hissələrin yerləşdiyi yer barədə video və fotomateriallar ötürüb.

“Onun əməlləri düşmənə xüsusi strateji əhəmiyyət daşıyan silahların və hərbi texnikanın yerləşdiyi yeri müəyyənləşdirməyə, zərbələri lazım olan mövqelərə endirməyə, ordu hissələrini, hərbi texnikanı və canlı qüvvəni sıradan çıxarmağa imkan verib. Nəticədə hərbi qüvvələrin döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə zəifləyib, daha sonrakı hərbi tapşırıqların gerçəkləşdirilməsi üçün maneələr yaranıb, cənub istiqamətində düşmən qoşununun müdafiə xəttini yarması və onun Dağlıq Qarabağın dərinliklərinə doğru hərəkət edə bilməsi üçün əlverişli şərait meydana çıxıb”, – məlumatda deyilir.

Məlumata görə, qrupun digər üzvü arxa cəbhədə məlumat yığıb, orda yerləşən zenit-raket komplekslərindən birinin yerləşdiyi yer barədə dəqiq informasiya ötürüb və onu hücum hədəfinə çevirib. Nəticədə o, düşmənə pilotsuz uçuş aparatı tətbiq etməklə məqsədyönlü şəkildə hərəkətə keçməyə və zenit-raket kompleksini məhv etməyə şərait yaradıb. Bu şəxslər artıq ittiham olunub və etiraf xarakterli ifadələr verib, onlara münasibətdə həbs-qəti imkan tədbiri görülüb. Onlarla axtarış nəticəsində qoşun üçün nəzərdə tutulmuş xüsusi rabitə vasitələri, mobil telefonlar, təlim zamanı çəkilmiş videoyazılar, o cümlədən cinayət işi üçün əhəmiyyət kəsb edən digər əşyalar aşkarlanıb və müsadirə edilib.

Ana səhifəXəbərlərErmənistanın Milli Təhlükəsizlik Xidməti Azərbaycanın xeyrinə casusluq edənləri müəyyənləşdirib