İlkin ehtimala görə, Ermənistan ordusu 5-7 nəfər itki verib
Cəbhədə Ermənistanın kəşfiyyat-təxribat qruplarının basqın cəhdlərinin qarşısı alınıb.
Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, fevralın 12-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttinin müxtəlif yerlərində Azərbaycan ordusunun mövqelərinə basqın etməyə cəhd göstəriblər.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin əvvəlcədən qarşı tərəfi aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş nəticəsində işğalçılar geri çəkilməyə məcbur edilib.
İlkin ehtimala görə, Ermənistan ordusu 5-7 nəfər itki verib.
Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.