Ermənistanın keçmiş eks-spikeri xarici işləri naziri təyin olunub

Mirzoyanın Paşınyanın yaxın adamlarından olduğu bildirilir

Ararat Mirzoyan. Mənbə: Reuters


Mirzoyanın Paşınyanın yaxın adamlarından olduğu bildirilir

Sabiq parlamentin spikeri Ararat Mirzoyan Ermənistan xarici işlər naziri təyin edilib.

Mirzoyanın Baş nazir Nikol Paşınyanın yaxın adamlarından olduğu bildirilir.

Bu barədə “Turan” agentliyi məlumat yayıb.

Bildirilir ki, Paşınyanın hakimiyyətdə olduğu üç ildə aparılan siyasətə etiraz edən yaxud onu sabotaj edən Xarici İşlər Nazirliyi zəif yer olaraq qalırdı.

Bütün bunlar xarici işlər nazirlərinin mütamadi istefası ilə müşahidə edilib.

Bundan sonra Paşinyan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanı xarici işlər nazirinin birinci müavini vəzifəsinə göndərməyə məcbur olub.

Bu gün, avqustun 19-da xarici işlər nazirinin təyinatı ilə yanaşı, Armen Qriqoryan Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsinə qaytarılıb.

Ana səhifəXəbərlərErmənistanın keçmiş eks-spikeri xarici işləri naziri təyin olunub