Ermənistanın keçmiş baş nazirinə cinayət işi açılıb

Qrant Baqratyan. Foto: Wiki

Baqratyan cinayət işinin təfərrüatlarını açıqlamayıb

Ermənistanın sabiq baş naziri Qrant Baqratyana qarşı cinayət işi açılıb.

Bu barədə noyabrın 2-də Qrant Baqratyan sosial şəbəkədə paylaşım edib.

Sabiq hökumət başçısı media nümayəndələrini noyabrın 10-da keçiriləcək ilk məhkəmə iclasına dəvət edib.

Ancaq Q.Baqratyan cinayət işinin təfərrüatlarını açıqlamayıb.

Bir müddət əvvəl o, “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Koncoryanı, Baş nazir Administrasiyasının rəhbəri Arayik Arutyunyanı və Baş nazir Aparatının icraçı direktorunu kəskin tənqid etmişdi.

Q.Baqratyan 1993-1996-cı illərdə Ermənistanın Baş naziri və parlamentin V çağırışının deputatı olub.

Ana səhifəDünyaErmənistanın keçmiş baş nazirinə cinayət işi açılıb