Ermənistandakı parlament seçkilərinin ilkin nəticələri açıqlanıb

1946 seçki məntəqəsindən gələn bülletenlərin 97 faizi sayılıb

Source:
Sarkisyan seçkilər barədə açıqlama verir
Sarkisyan seçkilər barədə açıqlama verir


1946 seçki məntəqəsindən gələn bülletenlərin 97 faizi sayılıb

Aprelin 2-də Ermənistanda parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası 1946 seçki məntəqəsindən gələn bülletenlərin 97 faizini sayıb.

Məlumatı AzadlıqRadiosunun erməni xidməti yayıb.

İlkin nəticələrə görə, hakim Respublikaçılar Partiyası səslərin 49 faizini toplayıb.

“Tsarukyan” bloku 27 faizdən çox, “Yolk” bloku 7,75 faiz, “Daşnaksütyun” 6,59 faiz səs toplayıblar.

Digər blok və partiyalar 5 faizlik baryeri keçməyiblər.

“Ohanyan-Raffi-Oskanyan” bloku 2,08 faiz; “Konqres-EXP” 1,63 faiz səs yığıblar.

Azad Demokratlar Partiyası 0,94 faiz; Ermənistan Kommunist Partiyası 0,75 faiz səs toplayıb.

Seçkilərdə iştirak 60 faizdən çox təşkil edib. Müxalifət səsvermənin nəticələrinin saxtalaşdırıldığını bildirib.

Ana səhifəXəbərlərErmənistandakı parlament seçkilərinin ilkin nəticələri açıqlanıb