Ermənistanda sağçı gənclərin nasist salamı İsrail səfirini qəzəbləndirib

“Nasistlərlə əməkdaşlıq etmiş Qaregin Njdeni vəsf etmək qəbulolunmazdır”

Ermənistanın paytaxtı Yerevanda bir qrup ifrat sağçı erməni millətçi ideologiyasının banisi Qaregin Njdenin heykəli önündə nasist salamlaşmasına bənzər salamlama hərəkəti edib. Həmin görüntülər sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

BBC yazır ki, bir həftə öncə təsis olunmuş “Hosank” (“Axın” və ya “Cərəyan” kimi tərcümə olunur –red.) hərəkatının üzvü kimi təqdim edən iyirmi nəfərə yaxın yürüş iştirakçısı yanvarın 1-də Njde heykəli qarşısında yürüş keçirib.

Özünü hərəkatın rəhbəri kimi təqdim edən Hayk Nazaryan qolunu yuxarı qaldıraraq, alman nasistlərinin “Sieg Heil!” (Ziq Hayl -Yaşasın qələbə – red.) şüarına bənzədilən “Mişt Hay!” (“Həmişə Erməni!” – red.) şüarı səsləndirib. Digər qrup iştirakçıları da eyni hərəkəti təkrar edib.
Qaregin Njdenin heykəlinin qarşısında nümayiş onun doğum günü münasibətilə keçirilib.

İsrailin Ermənistan və Moldovadakı səfiri Coel Layon bununla bağlı sərt bəyanatla çıxış edib.

Səfir Layon X platformasında yazıb:

“Yerevanda Zig Hayl süarını andıran yürüşdən dərin narahatlıq keçirirəm. Nasistlərlə əməkdaşlıq etmiş Qaregin Njdeni vəsf etmək qəbulolunmazdır. Hakmiyyət neo-nasizm və anti-semitimzin hər hansı formasına qarşı sərt mövqe tutmalıdır”.

Səfir Ermənistan XİN-i də paylaşımına işarələyib.

Ana səhifəXəbərlərErmənistanda sağçı gənclərin nasist salamı İsrail səfirini qəzəbləndirib