Ermənistanda müxalifət Qarabağ üçün aksiyalara başlayıb

Ermənistan müxalifəti Qarabağa görə yürüşlərə başlayıb.
Yürüş keçmiş prezident Robert Koçaryanın Hayastan müxalifət blokunun təşəbbüsü ilə keçirilib.
Hayastan fraksiyası isə yürüşə Paşinyanın doğma rayonu – İcevandan başlayıb. Onlar “oğul, ayıl!” şüarı ilə paytaxt Yerevanadək yürüş etməyi planlaşdırırlar.
Yürüşlərin 5 gün davam edəcəyi və yekun olaraq mitinq keçiriləcəyi də bildirilib.
Hayastan müxalifət blokunun üzvü deyib ki, bu mübarizə şəbəkə və ya mərkəzsiz xarakter daşıyır və məqsəd bütün Ermənistanda xalqı ayağa qaldırmaqdır.
Yürüş insidentsiz ötüşməyib. Vəziyyət deputat Geqam Manukyan baş nazir Nikol Paşinyanın şəklini küçədəki sürət detektoruna yapışdırmaq istəyəndə gərginləşib.
Polis bu hərəkətə yol verməyəndə isə qarışıqlıq düşüb. Bir neçə nümayişçinin yerə yıxıldığı xəbər verilir.
Polisin bəzi iştirakçıları saxladığı xəbər verilir.

Ana səhifəVideoErmənistanda müxalifət Qarabağ üçün aksiyalara başlayıb